15 fevral 2019-cu il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) Ümumi yığıncağı keçirilib.
Yığıncağı giriş sözü ilə açan Zakir Nuriyev iclasın gündəliyində olan məsələlər barədə məlumat verib.
İclasda ABA-nın 2018-ci il üzrə fəaliyyətinə dair hesabat və maliyyə təsərrüfat hesabatı Yunus Abdulov tərəfindən təqdim edilib və təsdiq edilib. ABA-nın Audit Komitəsinin hesabatı dinlənilib və təsdiq edilib. Həmçinin ABA-nın törəmə qurumlarının 2019-cu il üzrə büdcəsi və ştat cədvəli təsdiq edilib.
Ümumi Yığıncağın iclası zamanı Azərbaycan Banklar Assosiasiyasının “Hüquqi məsələlər üzrə” Ekspert Qrupunun üzvü, “Kapital Bank” ASC-nin əməkdaşı Arif Mehdiyev “İstehlak kreditlərinin verilməsi üzrə vahid kredit şərtləri”nin hazırlanmasında fəal iştirakına görə “Hüquqi məsələlər üzrə Ekspert Qrupunun fəaliyyətinə aktiv dəstəyə görə” nominasiyası üzrə təltif edilib.
Qeyd edək ki, Arif Mehdiyev bundan əvvəl “Bank of Baku” ASC-də çalışıb.