31 Oktyabr

Avronun məzənnəsinə təsir edəcək səbəblər açıqlanıb

Avropada siyasi vəziyyət 2019-cu ildə avronun dəyərdən düşməsinə təsir edəcək amillərdən olacaq. Fins.az qərb mediasına istinadən xəbər verir ki, bu sözləri ABP Invest təsisçisi Tanos Papasavvas bildirib.

O qeyd edib ki, Avropada hazırki siyasi vəziyyətdən və avronun volatil məzənnəsindən narahatdır.

May ayında keçiriləcək parlament seçkiləri Avropa siyasəti üçün həll edici ola bilər. Bu seçkilər artıq Fransa və İtaliya arasında münasibətləri bir qədər gərginləşdirib deyə Papasavvas bildirib.

Continuum Economics mərkəzinin strateji araşdrımalar mərkəzinin rəhbəri Mayk Halloxer tərəflərin status –kvonu saxlamağa cəhd edəcəklərini bildirib. Lakin Mayk Halloxer əsas təhlükənin Almaniya keçiriləcək seçkilər zamanı olacağını söyləyib.

Müəllif: Xeybər Heydərov