“Fitch” beynəlxalq reytinq agentliyi Rusiyanın uzunmüddətli kredit reytinqini “BBB-“, qısamüddətli kredit reytinqini isə “F3” səviyyəsində müəyyən edib, bu barədə qurumun açıqlamasında bildirilir.
Agentlik ABŞ-ın Rusiyaya qarşı gələcək sanksiya ehtimallarını yüksək qiymətləndirib və eyni zamanda bəyan edib ki, sanksiya siyasətinin gələcək istiqamətlərini müəyyənləşdirmək çətindir.
“Fitch” hesab edir ki, bu il Rusiyada inflyasiyanın səviyyəsi 5,3%-ə çatacaq ki, bu da Əlavə Dəyər Vergisinin (ƏDV) artması, ölkənin milli valyutası – rublun zəifləməsi ilə bağlıdır. Rusiyanın ÜDM-inin artım sürətinin isə 1,5% təşkil edəcəyi proqnozlaşdırılır.
© Banker.az