31 Oktyabr

Manat bir çox aparıcı ölkələrin valyutasına qarşı möhkəmlənib

2018-ci il ərzində manat ABŞ dollarına qarşı 0.01%, Türk lirəsinə qarşı 28.6%, Avroya qarşı 4.1%, İngiltərə funt sterlinqinə qarşı 5.9%, Rus rubluna qarşı 16.9% möhkəmlənib. Fins.az verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) ötən il üzrə Pul siyasəti icmalında deyilir. Məlumata görə, "İkitərəfli məzənnələrin dinamikası çoxtərəfli məzənnənin dinamikasına da təsir göstərmişdir. İl ərzində manatın qeyri-neft sektoru üzrə ümumi ticarət çəkili real effektiv məzənnəsi 6.1% möhkəmlənmişdir"