Kredit əldə etməyin yollarından biri də ölkədə fəaliyyət göstərən lombardlardı. Paytaxt küçələrində rast gəldiyimiz bu yerlərdə qızıl və digər qiymətli əşya girov qoymaqla kreditə pul əldə etmək olar. Məsəl var ki, “zər qədrini zərgər bilər”. Bəs paytaxt lombardları qızıla nə qədər pul verir!? Bu suala cavab tapmaq üçün Fins.az bir neçə lombarddan aylıq faiz dərəcələri və qızıla nə qədər pul verdiklərini öyrənib.
Limited İnternational
999 əyar – 56 manat
916 əyar - 51 manat
875 əyar – 49 manat
Aylıq 2%
Lombard Qarant
999 əyar - 55-56 manat
916 əyar – 45 – 50 manat
875 əyar – 40-35 manat
Min manata qədər 7% -la, min manatdan yuxarı isə faiz dərəcəsi 4-5% enir
Lombard Rahat Kredit
999 əyar – 55 manat
916 əyar – 45 manat
875 əyar – 35 – 40 manat
Aylıq 5%
Güvən lombard
999 əyar – 62 manat
916 əyar – 56 manat
875 əyar – 54 manat
Aylıq 5%
Karat Lombard
999 əyar – 60 manat
916 əyar – 50 manat
875 əyar – 50 manat
Aylıq 6%
Müəllif: Xeybər Heydərov