31 Oktyabr

Azərbaycanda əhali arasında daha çox tanınan banklar məlum olub

MCS-in media monitorinq qrupu 01-31 yanvar 2019-cu il dövrü üzrə məlumatların hesabatına yekun vurub. Fins.az xəbər verir ki, media monitorinqin əhatəsinə daxil olan məlumatlar say, xarakter və məzmun üzrə təhlil olunub, sektorlar üzrə şirkətlərin media reytinqi hesablanıb.

Qeyd edək ki, Şirkətin media monitorinq qrupu 12 Televiziya, 55 çap və 600 on-line media daxil olmaqla 667-dən çox mənbəni, eyni zamanda sosial şəbəkələri izləyir. Şirkət hazırda 20 sektorun, o cümlədən Enerji-yanacaq, Telekommunikasiya, Bank, Sığorta, Otelçilik və Turizm, İnşaat, Ərzaq, Tibb, İçki, Avtomobil, Təhsil və sair sahələrin media monitorinqini aparır.

Aparılan araşdırmadan belə bəlli olub ki, ölkədə adı ən çox hallanan Bank bunlar olub.

ABB 1548

Kapital Bank 736

Bank Respublika 428

Unibank 310

Paşa Bank 305

Müəllif: Xeybər Heydərov