Ölkədə müştərilər tərəfindən kifayət qədər marağa səbəb olan, bankımız tərəfindən təqdim olunan Expressclub xidməti, müştərilərə nağdsız əməliyyat zamanı 20% dək “cash-back” (pulun qaytarılması) qazanmaq imkanını bəxş edir. 750 – yə yaxın tərəfdaş sayəsində belə bir təklifin təqdimi müştərilərin böyük marağına səbəb olub. Fins.az xəbər verir ki, bu sözləri Expressbank-ın İdarə Heyəti Sədri İlham Həbibullayev mediaya açıqlması zamanı bildirib.
Onun sözlərinə görə, ötən il təqdim edilən Expressclub mobil əlavəsi ilə müştərilər bankla bu xidmət üzrə əməkdaşlıq edən partnyorlar, mövcud fürsətlər və kampaniyalar haqqında məlumatları anında və rahat qaydada almaq imkanını əldə ediblər. Bankımız üçün önəmli layihələrdən biri də Expresspay ödəmə sistemidir. Ötən il əməliyyatların həcminə görə Expresspay şəbəkəsinin dövriyyəsi əhəmiyyətli dərəcədə artıb. Bu da təsadüfi deyil. Bu sistem özündə 300-dən çox müxtəlif onlayn xidmətləri birləşdirir. Yeganə ödəmə sistemidir ki, eyni zamanda ödəniş terminalları, mobil əlavəsi və elektron pul kisəsi var.
Bununla bərabər 700-ə yaxın terminal müştərilərimizin bir çox bank xidmətləri üzrə rahat və əlçatan şəkildə müxtəlif əməliyyatların 24/7 rejimdə aparılmasını təmin edir.
Nəticədə, bir vahid sistemə inteqrasiya olunmuş Expressclub, Expresspay, plastik kartlar və təqdim olunan digər xidmətlər müştərilərin bankla olan işlərinin çox kanallı imkanlar yaradaraq asanlıqla aparılmasına yaxşı şərait yaradır.