Ötən il ərzində bir sıra maraqlı yeni layihələrə başlamışıq və cari ilin ortasına qədər hədəfləmişik ki, onların hamısını müştərilərin xidmətinə təqdim edək. Fins.az əxəbər verir ki, bu sözləri İdarə Heyəti Sədri İlham Həbibullayev bildirib.
Müştərilərin əlavə rahatlığı baxımından rəqəmsal texnologiyaların tətbiqi, alternativ satış kanallarının inkişafı və mövcud biznes proseslərin optimallaşdırılması ilə bağlı layihələr xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda ənənəvi olaraq güclü olduğumuz, artıq bazarda bizi tanıtmış sahələrin dəstəklənməsinə və inkişafına da böyük yer ayıracağıq - deyə İlham Həbibullayev qeyd edib.
Müştərilərimizin banka olan münasibətinin və etibarını daima hiss edirik. Buna görə hər bir müştərimizə ayrılıqda təşəkkür edirəm! Bu bizim üçün çox dəyərlidir, həm də üzərimizə böyük məsuliyyət qoyur. Əlimizdən gələni edəcəyik ki, bundan sonra da öz işimizlə, yüksək səviyyəli xidmət və onların ehtiyaclarına uyğun maraqlı təkliflərlə bu etimadı doğruldaq