Ötən il NBC Bankın mənfəəti 2017-ci illə müqayisədə azalıb. Belə ki, 2018-ci ildə Bank 1 mln 149 min mənfəət əldə edib. Halbuki, 2017-ci ildə bu rəqəm 2 mln 914 min manat idi.
Bir qədər də keçmişə getsək görərik ki, Bank 2016-cı ildə 1 mln 797 min manat zərər edib.
Fins.az xəbər verir ki, Bankın ötən il öhdəlikləri 147 mln 285 min manat olduğu halda bu il bu rəqəm 225 mln manat 274 min manat təşkil edib. Bankın öhdəliyi 52.95% artıb. Bank bu il mənfəət vergisi ödəməyib.
Müəllif: Xeybər Heydərov