31 Oktyabr

3 kredit ittifaqının lisenziyası ləvğ olunub

Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) İdarə Heyətinin qərarı ilə Azərbaycanda fəaliyyət göstərən daha 3 kredit ittifaqının lisenziyası ləğv edilib. Fins.az Report-a istinadən xəbər verir ki, bunlar Bərdə rayonundakı “Fim-Finans”, Salyan rayonundakı “Firavan” və Xaçmaz rayonundakı “Şans” kredit ittifaqlarıdır. Son nəticədə ölkədə kredit ittifaqlarının sayı 57-dən 54-ə düşüb.