31 Oktyabr

2015-ci ildən bu yana Azər Türk Bakın mənfəəti azalır

Fins.az-ın apardığı araşdırmadan belə bəlli olur ki, Azər Tük Bankın mənfəəti son 3 il ərzində elə də yaxşı olmayıb. Belə ki, 2016-cı il istisna olmaqla 2015-ci il dən bu yana bankın xalis mənfəəti azalmaqda davam edir. 2015-ci ilin yekun hesabatına əsasən bankın o vaxtla indiki mənfəətini müqayisə etsək 94.67% azalma olub. Belə ki, 2015-ci ildə bankın xalis mənfəəti 3 milyon 171 min olduğu halda 2018-ci ilin yekunlarında bu rəqəm cəmi 169 min manat olub. 2015-ci illə müqayisədə 2016-cı ildə bankın xalis mənfəəti iki dəfə çox, 6 milyon 387 min manat olub. Lakin 2017-ci ildə bu göstərici yenidən böyük məbləğdə azalıb. 2017-cilin yekun hesabatına əsasən isə bank ili 928 min manat mənfəətlə başa vurub.