31 Oktyabr

Bankda QARƏT - Hücum edib işçiləri döydülər

Makedoniyanın paytaxtı Skopyedə Türkiyə "Halkbank"ının filialı qarət olunub. Fins.az-ın Trend-ə istinadın məlumatına görə, banka iş saatında hücum edilib.

Belə ki, 5 nəfərdən ibarət qrup banka daxil olaraq işçiləri döyüblər və külli miqdarda pulu götürərək hadisə yerindən uzaqlaşıblar.

Oğurlanan pulun həcmi açıqlanmır.

Fakt üzrə cinayət işi başlayıb.