Makedoniyanın paytaxtı Skopyedə Türkiyə "Halkbank"ının filialı qarət olunub. Fins.az-ın Trend-ə istinadın məlumatına görə, banka iş saatında hücum edilib.
Belə ki, 5 nəfərdən ibarət qrup banka daxil olaraq işçiləri döyüblər və külli miqdarda pulu götürərək hadisə yerindən uzaqlaşıblar.
Oğurlanan pulun həcmi açıqlanmır.
Fakt üzrə cinayət işi başlayıb.