Fins.az xəbər verir ki, CESD regionun ən güclü beyin mərkəzidir. Qeyd edək ki, CESD - in rəhbəri iqtisadçı ekspert Vüqar Bayramovdur.
ABŞ-ın Pensylvaniya Universiteti hazırladığı dünyanın aparıcı beyin mərkəzlərinin reytinqi ilə bağlı beynəlxalq hesabat dünən Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkdakı mənzil qərargahında təqdim edilib. Hesabatın təqdimatı eyni zamanda dünyanın 100-dən artıq ölkəsində də təşkil edilib. Sözügedən sənədin eyni zamanda beynəlxalq maliyyə qurumlarında o cümlədən Dünya Bankında da təqdimatı həyata keçirilmişdir. Qlobal reytinqlər müəyyənləşdirilən zaman dünyanın 182 ölkəsini təmsil edən 6545 beyin mərkəzi arasında sorğu keçirilmiş və sorğunun nəticələri 1500 ekspert tərəfindən qiymətləndirilmişdir. Beynəlxalq qiymətləndirmədə Iqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Cənubi Qafqaz və Orta Asiyanın ən güclü beyin mərkəzi seçildiyi elan olunub. Qeyd edim ki, CESD hesabatda əksər kateqoriyalar üzrə dünyanın aparıcı beyin mərkəzləri siyahısına daxil edilib.
Qeyd edək ki, artıq CESD 8 ildir ki, Cənubi Qafqaz və Orta Asiyan regionunda ən güclü beyin mərkəzi statusunu qoruyub saxlayıb. Hələlik dünyada yeganə qlobal qiymətləndirmə olan və kifayət qədər nüfuzlu beynəlxalq hesabatda regionun aparıcı beyin mərkəzinin Azərbaycan təşkilatı olması sevindirici olmaqla yanaşı, eləcə də mərkəzimizin regional elmi və praktik tədqiqatlara töhvəsinin səviyyəsini göstərir. CESD regionun top beyin mərkəzi olmaq üçün Cənubi Qafqazın 3, Orta Asiyanın 5 ölkəsini və eləcə də Əfqanıstanı təmsil edən təşkilatlar ilə rəqabət aparıb.
CESD sözügeden hesabatda 23 kateqoriya üzrə dünyanın ən aparıcı beyin mərkəzləri siyahısına daxil edilib. Eyni zamanda təşkilatımız illik büdcəsi 5 milyon dollardan az olan beyin mərkəzləri arasında dünyada 4-cü olmaqla yanaşı, dünyanın 10 ən yaxşı idarə olunan beyin mərkəzidir. Biz qlobal enerji və resurs siyasəti üzrə də ilk 15-likdə yer almışıq.
Hesabatın tam mətni ilə bu linkdən tanış ola bilərsiniz:
https://repository.upenn.edu/cgi/viewcontent.cgi…