Nağdsız hesablaşmaların stimullaşdırılması üçün bir sıra addımların atıldığı dövrdə plastik kartlara tələb daha da artır.
Vergi Məcəlləsində edilən dəyişiklərə əsasən pərakədə ticarətdə və ictimai iaşədə nağdsız qaydada ödəniş edən şəxslərə ödənişlərindəki ƏDV-nin 15%-nin geri qaytarılacağı və ötən günlərdə Mərkəzi Bankın hər 5 manatlıq nağdsız ödənişə görə şəxslərin 50 AZN-lik uduş əldə edə bilməsi ilə bağlı başlatdığı kampaniya bu kimi addımlardan bir neçəsidir.
Bütün bunlar nağdsız ödənişlərə marağı artırmağa hesablanıb ki, plastik kartı olmayanlar bu imtiyazlardan istifadə edə bilməyəcək. Bəs ən aşağı xərclə, hətta pulsuz debet kartı əldə edə biləcəyimiz banklar varmı?
Fİns.az xəbər verir ki, "Finans.az" pulsuz debet kartı təklif edən bankları və onun şərtlərini araşdırıb:AccessBank
"AccessBank"ın Visa Classic kartının hesabına minimum 500 AZN yatırsanız kartı 1 il müddətinə ödənişsiz əldə edə bilərsiniz
Amrahbank
"Amrahbank" "Yubiley" kartlarını pulsuz təqdim edir. Belə ki, hər bir kartın növündən asılı olaraq ilkin mədaxil məbləği tələb olunur:Visa Classic/ Mastercard Standard üzrə 100 AZN/USD, Visa Gold/Mastercard Gold üzrə 500 AZN/USD/EUR, Visa Platinum/ Mastercard Platinum - 1000 AZN/USD/EUR ilkin mədaxil etməklə bu kartlara sahib olmaq mümkündür.
Azər-Türk Bank
"Azər-Türk Bank"da MasterCard Platinum və MasterCard Gold sifariş edən müştəri karta, müvafiq olaraq, 1000 və 500 manat və ya bu məbləğ ekvivalentində xarici valyuta mədaxil edərsə, həmin kart müştəriyə hədiyyə olunur.
Bank of Baku
Hesabına minimal vəsait qoyuluşu 150 AZN/USD/EUR təşkil edərsə, 12 aylıq "Bolkart Gənc Debet" kartını pulsuz əldə etmək mümkündür
Bank Avrasiya
Mastercard Debit/Visa Electron, Mastercard Standard/Visa Standard, Mastercard Gold/Visa Gold plastik kartlarını iki ilik müddətə heç bir ödəniş etmədən əldə edə bilərsiniz. Həmçinin kartın hesabına ilkin mədaxil minimal 5000 AZN/EUR/USD olduqda Mastercard Platinum kartı pulsuz əldə olunur.
Bununla bərabər, “Bank Avrasiya” ASC-də əmanət yerləşdirmiş şəxslər müxtəlif kateqoriyalar üzrə pulsuz plastik kartlar əldə edirlər. Belə ki:
- 100-999 AZN/EUR/USD məbləğli əmanət sahiblərinə pulsuz MC Debit/ Visa Electron kartı verilir;
- 1000-4999 AZN/EUR/USD məbləğli əmanət sahiblərinə pulsuz MC Standard / Visa Classic kartı verilir;
- 5000-99999 AZN/EUR/USD məbləğli əmanət sahiblərinə pulsuz MC Gold / Visa Gold kartı verilir;
- 100000 AZN/USD/EUR və yuxarı məbləğli depozit sahiblərinə pulsuz MC Platinum kartı verilir.
Bank Respublika
"Bank Respublika"ya məxsus plastik kartları əldə etmək üçün kart valyutasında tələb olunan ilkin mədaxil məbləğini daxil etməyiniz kifayətdir. Belə ki, Visa Electron üzrə 100 AZN, Visa Classic/Mastercard Standard üzrə 200 AZN, Mastercard Gold Lite üzrə 500AZN, Mastercard Gold/Visa Gold üzrə 1000 AZN, Visa Platinum/Platinum üzrə 5000 AZN, Visa İnfinite/World Elite üzrə 15000 AZN, MasterCard World Black Edition üzrə 10000 AZN kart balansına ilkin mədaxil etməklə sözügedən debet kartlarını pulsuz əldə edə bilərsiniz.
Expressbank
Bu banka məxsus VISA Classic/ MasterCard Standard plastik kartlarına 100 AZN/USD/EUR/GBP, VISA Gold/ MasterCard Gold kartlarına 200 AZN/USD/EUR/GBP, VISA Platinum/ MasterCard Platinum kartlarına isə 400 AZN/USD/EUR/GBP sığorta depoziti yatırmaqla bu debet kartlarını pulsuz əldə edə bilərsiniz.
VTB Bank
"VTB Bank"a məxsus pulsuz əldə edə biləcəyiniz kartların növündən asılı olaraq mədaxil məbləğləri dəyişir. Visa Classic debet kartını 1 illik pulsuz əldə etmək üçün 1000 AZN/USD/EUR: 69.000 RUB, 3 illik 2000 AZN/USD/EUR, 138.000 RUB mədaxil etməlisiniz. Visa Gold kartını 1 illik pulsuz əldə etmək üçün 2000 AZN/USD/EUR: 138.000 RUB, 3 illik 4000 AZN/USD/EUR: 276.000 RUB mədaxil etməlisiniz. Visa Platinum üzrə isə 1 illik 5000 AZN/USD/EUR: 345.000 RUB. 3 illik 10000 AZN/USD/EUR:690.000 RUB. mədaxil etməlisiniz
Rabitəbank
"Rabitəbank"ın bir sıra debet kartlarını pulsuz əldə etmək mümkündür. Belə ki, adını çəkəcəyimiz plastik kartlara ilkin mədaxil edərək onları ödənişsiz əldə edə biləcəksiniz. Visa "Kartmane" plastik kartına minimum 100 AZN/USD, MasterCard Standard Debit minimum 300 AZN, 200 (USD/EUR) , MasterCard Standard/ Visa Classic minimum 500 AZN, 300 (USD/EUR), MasterCard Gold / Visa Gold 800 AZN, 300 (USD/EUR), Mastercard Platinum minimum 4000 AZN, 2500 (USD/EUR) mədaxil edərək kartı pulsuz əldə etmək mümkündür.
Xalq Bank
"Xalq Bank"a məxsus Visa Electron/MCDebit kartlarını 50 AZN, Visa Classic/MCStandard 100 AZN, Visa Gold/MCGold 500 AZN, Visa Platinum 1000 AZN, WorldMC Black Edition üzrə isə 1 il üçün 10000 AZN ilkin mədaxil edərək pulsuz əldə edə bilərsiniz.
Region filiallarında isə qeyd olunan məbləğlərin yarısı ilkin mədaxil olaraq yatırılır
Qeyd edək ki, ilkin mədaxil məbləği heç bir tutulmalar olmadan kartınızın balansına yerləşdirilir və sonrakı müddətdə həmin vəsaitdən istifadə edə bilirsiniz.