31 Oktyabr

Mərkəzi Bank ötən il valyuta ehtiyatlarının idarə edilməsindən 115 mln. dollar qazanıb

“2018-ci ilin yekunlarına görə, Azərbaycanda valyuta bazarı tam taraz vəziyyətə düşüb”.

Fins.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov bu gün keçirdiyi mətbuat konfransında deyib.

“Ötən il AMB-nin valyuta ehiyatları 5% artıb. Bu vəsait valyuta bazarından alınmayıb.

Bazarda tam dayanıqlılığın şahidi olmuşuq. Manatın məzənnəsindəki sabitliyin əsas səbəbi budur. 2018-ci ildə AMB valyuta ehtiyatlarını 300 mln. dollar artırıb. Bunun 115 mln. dolları valyuta ehtiyatlarının idarə edilməsindən qazanılıb. Həmin vəsaitin isə 1/3-i svop ıməliyyatlarının hesabına geri qayıtmış vəsaitlərdir”, - deyə o, qeyd edib.