01 Fevral 2019-cu il tarixinədək Azərbaycandakı 30 bankın hamısı 2018-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb. Fins.az xəbər verir ki, “Marja”nın araşdırmasına görə, 2018-ci ili 30 bankdan 25-i xalis mənfəətlə, 5-i isə xalis zərər ilə başa vurub.
Ən çox mənfəət əldə edən bank "Azərbaycan Beynəlxalq Bankı"dır. Özəl banklar arasında isə “Kapital Bank”, "PAŞA Bank", "Unibank", "Xalq Bank”,"AFB Bank", “Premium Bank” ən çox xalis mənfəət əldə etmiş banklardır.
Ötən il ən çox zərər etmiş banklar "VTB Bank Azərbaycan" və "Nikoyl Bank"dır. Bankların zərəri ehtimal olunan kredit itkiləri üçün ehtiyatın yaradılması ilə bağlıdır.
