Bank olmayan kredit təşkilatı “Embafinans” MMC 2018-ci ildə də böyüməkdə davam edərək bazardakı mövqeyini möhkəmləndirib. Kredit təşkilatının aktivləri, kredit portfeli, gəlirləri və xalis mənfəəti artıb.
GƏLİRLƏR
“Marja” təşkilatın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2017-ci illə müqayisədə 2018-ci ildə “Embafinans”ın cəmi gəlirləri 1 milyon 835 min manat və ya 36,2% artaraq 6 milyon 898 min manat təşkil edib. MMC 2017-ci ildə 5 milyon 63 min manat cəmi gəlir əldə etmişdi.
İllik müqayisədə “Embafinans”ın faiz gəlirləri 32% artaraq 5 milyon 526 min manat, haqq və komissiya 58% artaraq 1 milyon 372 min manat təşkil edib. 2017-ci ildə MMC-nin faiz gəlirləri 4 milyon 196 min manat, haqq və komissiya gəlirləri isə 867 min manat təşkil etmişdi.
QAZANCI 4 DƏFƏYƏ YAXIN ARTIB
2017-ci illə müqayisədə 2018-ci ildə "Embafinans" MMC-nin xalis mənfəəti 3,7 dəfə artaraq 1 milyon 834 min manat təşkil edib. Bank olmayan kredit təşkilatı 2017-ci ildə 496 min manat xalis mənfəət əldə etmişdi.
MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB
“Embafinans”ın aktivlərində də artım müşahidə edilir. Kredit portfelinin 47% artması nəticəsində cəmi aktivlər 34% artaraq 2017-ci ilin sonundakı 22 milyon 846 min manatdan 2018-ci ilin sonunda 30 milyon 515 min manata yüksəlib. Təşkilatın kredit portfeli isə 31 Dekabr 2018-ci il tarixində 23 milyon 950 min manata çatıb. 2017-ci ilin sonunda təşkilatın kredit portfeli 16 milyon 292 min manat təşkil etmişdi.
İllik müqayisədə “Embafinans”ın məcmu kapitalı 10% artaraq 15 milyon 86 min manata yüksəlib.
MALİYYƏ NƏTİCƏLƏRİ: |
2018 |
2017 |
Artım |
Faiz gəlirləri |
5 525 723 |
4 195 849 |
132% |
Faiz xərcləri |
- 1 225 474 |
-1 162 533 |
105% |
Xalis faiz gəliri |
4 300 250 |
3 033 317 |
142% |
|
|||
Haqq və komissiya gəlirləri |
1 372 356 |
866 969 |
158% |
Haqq və komissiya xərcləri |
- 361 968 |
- 290 012 |
125% |
Xalis əməliyyat gəliri |
5 310 638 |
3 610 274 |
147% |
|
|||
İnzibati və digər əməliyyat xərcləri |
- 3 018 525 |
- 2 989 841 |
101% |
|
|||
Vergidən əvvəlki mənfəət |
2 292 113 |
620 433 |
|
Mənfəət vergisi xərci |
- 458 423 |
- 124 087 |
|
Xalis mənfəət |
1 833 691 |
496 347 |
369% |
BALANS GÖSTƏRİCİLƏRİ: |
31.12.2018 |
31.12.2017 |
|
Aktivlər |
30 514 767 |
22 846 012 |
134% |
Kredit portfeli |
23 950 545 |
16 292 775 |
147% |
Məcmu kapital |
15 086 126 |
13 725 768 |
110% |