Muğan Bankın ötən ilin sonu cəmi kapitalı 80 mln 237 min olduğu halda 2018-ci ilin analoji dövründə bu rəqəm 91 mln 256 min manat olub. Bu il bankın xalis mənfəəti cəmi 1 mln 430 min manat təşkil edib. Ötən ilin sonu bankın xalis mənfəəti belə desək olmayıb. Daha dəqiq 6 mln 341 min manat zərər edib. Fins.az Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, Bankın 2018-ci ildə müştərilərə verdiyi kreditlərin məbləği 37 mln 163 min manat olub. 2017-ci ildə isə bu rəqəm 6% az - 34 mln 907 min manat olub.
Ötən ilin yekunu MuğanBankın cəmi kapitalı 69 mln manatdan bir qədər çox olub. Lakin 2018-ci ilin sonuna bu rəqəm 15 % artaraq 79 mln 987 min manat təşkil edib.
Bankın 2017-ci ilə nəzərən 2018-ci ilin sonuna cəmi aktivləri də 14% artaraq 55 mln 165 min manat təkil edib.
Bankın 2018-ci ildə faiz gəlirləri 40887.23 manat, faiz xərcləri 25670.5, qeyri-fazi gəlirləri 16 652.44, qeyri-faiz xərcləri - 2 921.42, manat təşkil edib.
Bank işçi heyətinin saxlanılmasına 14 mln 377 min manat xərcləyib. Bankın vergi ödəmədən xalis mənfəəti 1 mln 430 min manat təşkil edib.
Müəllif:Xeybər Heydərov