“Fitch Ratings” beynəlxalq reytinq agentlikləri Azərbaycanın kredit reytinqini təsdiqləyib. Fins.az agentliyə istinadən xəbər verir ki, “Fitch” agentliyi Azərbaycanın xarici və yerli valyutada uzunmüddətli kredit reytinqini “BB+” səviyyəsində təsdiq edib, reytinq üzrə proqnoz “sabit” saxlanılıb.