31 Oktyabr

Bankların öhdəlikləri azalıb - Maliyyə göstəriciləri - FİNS

31 dekabr 2018-ci il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 29,502.4 mln. manat,cəmi öhdəlikləri isə 25,430.6 mln.manat təşkil edib. Fins.az Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, sektorun balans kapitalı 4,071.8mln. manat olub. 2018-ci ilin dekabr ayı ərzində bank sektorunun aktivləri 1.1% (324.8 mln. manat), öhdəlikləri 0.6% (149.2 mln. manat), balans kapitalı isə 4.1% (175.6 mln. manat) azalıb.

Müəllif: Xeybər Heydərov