Dekabr ayında bankların kredit portfeli 3.7% (456.2 mln. manat) artaraq 12,628.3 mln. manat təşkil edib. Ümumilikdə isə 2018-ci ildə bank sektorunun kredit portfeli 11.4% (1,290.7mln. manat) artıb. Fins.az Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, dekabr ayında fiziki şəxslərin əmanətləri 3.5% (279.8 mln. manat) artaraq 8,269.7 mln. manat təşkil edib. 2018-ci il ərzində isə fiziki şəxslərin əmanətlərində 9.6% (727.2 mln. manat) artım olub.
Müəllif: Xeybər Heydərov