31 Oktyabr

S&P: Bu il AMB-nin valyuta ehtiyatları 7% artacaq

“2019-cu ilin sonunda Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatları 460 mln. ABŞ dolları və ya 7,31% artaraq 6,754 mlrd. dollara çatacaq”.

Fins.az xəbər verir ki, bu barədə “StandardPoor’s” (SP) beynəlxalq reytinq agentliyinin Azərbaycanın suveren kredit reytinqi ilə bağlı yaydığı məlumatda qeyd olunub.

Məlumatda qeyd olunub ki, 2018-ci ildə AMB-nin ehtiyatları 959 mln. dollar və ya 17,98% artaraq 6,294 mlrd. dollar olub:

“AMB-nin valyuta ehtiyatları 2020-ci ildə 7,211 mlrd. dollar, 2021-ci ildə isə 7,671 mlrd. dollar olacaq”.

© Report