31 Oktyabr

"Bank Avrasiya" ötən ili mənfəətlə başa vurub

Bank Avrasiyanın göstəriciləri ötən illə müqayisədə artıb. Belə ki, 2017-ci ilin sonu cəmi aktivləri 151 mln 307 min manat olan Bankın, 2018-ci ilin sonuna aktivləri 10.79% artaraq 167 mln 637 min manat təşkil edib. Fins.az Bankın maliyyə hesabatına istinadən xəbər verir ki,2017-ci ildə kapitalı 59 mln 562 min manat olan Bank Avrasiyanın 2018-ci ilin sonuna bu məbləği 64 mln 214 min manata çatdırıb ki, bu da 7.81% artım deməkdir.

Bankın kredit portfeli 2017-ci ilin sonunda 93 mln 518 min manat idi. Lakin 2018-ci ilin sonuna kredit portfelini 100 mln 173 min manat edən bank 1 il ərzində kredit portfelində 7.11% artım nümayiş etdirib.

Maliyyə qurumunun insanların inamını qazanması Bankın depozit portfelində də özünü göstərib. Belə ki, hesabat dövründə “Bank Avrasiya”nın öhdəlikləri 103,423 milyon manat olub. Bunun 54 mln 455 min manatı müştərilərdən alınmış depozitlərdir. Yenicə geridə qoyduğumuz 2018-ci ildə Bankın depozit portfeli 11,1% böyüyüb.

Bankın faiz və bu qəbildən olan gəlirlərin cəmi 12 mln 085 min manat , faizlər və onlarla bağlı xərclərin cəmi 2 mln 720 min , xalis faiz mənfəəti 9 mln 365 min, qeyri-faiz gəlirləri 1 mln 424 min, qeyri-faiz xərclərinin cəmi 5 mln 004 min manat olub.

Müəllif: Xeybər Heydərov