Bankın maliyyə hesabatına əsasən 417 mln 530 min cəmi aktivə malik olub. Lakin həm ötən rüblə müqayisədə həm də ötən ilin analoji dövrü ilə müqayisədə azdır. Belə ki, ötən ilin sonu bankın cəmi aktivləri 494 mln 619 min manat olub. Cari ilin 3-rübü isə bu rəqəmlər 420 mln 041 min mnat təşkil edib.
Bank ilin əvvəlindən başlayaraq öhdəliklərini azaldıb. Belə ki, ilin əvvəlində 394 mln 274 min öədəliyi olna bankın ilin sonuna bu rəqəmi 329 mln 942 min manata endirib.
Bankın faiz gəlirləri 33,939 milyon manat, qeyri-faiz gəlirləri 11,323 milyon manat, xərcləri 25,903 milyon manat, o cümlədən faiz xərcləri 2,758 milyon manat, qeyri-faiz xərcləri 23,145 milyon manat, xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 4,597 milyon manat, mənfəət vergisi ödəmələri isə 2,301 milyon manat təşkil edib.
Qeyd edək ki, AFB Bank 2018-ci ili 21,654 milyon manat xalis mənfəətlə başa vurub.
Müəllif: Xeybər Heydərov