Kanada dolları il ərzində ABŞ dollarına, avroya və funt sterlinqə qarşı bahalaşacaq. Bu iddia ilə BMO Capital Markets çıxış edib. Bahalaşmaya əsasın neftin qiymətinin stabilləşməsi və Kanada Bankının uçot dərəcəsini 3 dəfə artıracağı bildirilir.
Fins.az xəbər verir ki, hesabata əsasən CAD/USD qarşısında ən böyük bahalaşması olacağı güman olunur. Ötən il Kanada valyutası 8.1% dəyər itirib.
Brent markalı neft 2018-ci ili 20% ucuzlaşma ilə bağlamağına baxmayaraq oktyabrda 20% bahalaşma müşahidə olunurdu.
BMO-0nun valyuta strategiyasının rəhbəri Qreq Andersonun sözlərinə görə, Kanada dollarının perspektivi neftin qiyməıtinə olan proqnozlardan asıldır.
Refleksiv əqdlərin qüvvədə qalması CAD –ın G10 ölkələri valyutaları arasında üstün dinamika sərgiləyəcəyi bildirilir.
BMO Capital –ın proqnozlarına görə, neftin qiymətinin 50-60 dollar arasında olacağı proqnoz edilir. Həftənin ikinci günü WTI markalı neft 51 dollara, Brent isə 61 dollara ticarət olunurdu. Əgər neftin qiyməti bu haddlərdə formalaşarsa Kanada Bankı uçot dərəcəsini artıra bilər. Hazırda uçot dərəcəsi 1.75%-di
Müəllif: Xeybər Heydərov