31 Oktyabr

NBC Bankın səhmdarları problemləri həll etmək üçün növbədənkənar yığıncaq keçirəcək

Bu ilin martın 7-də saat 11:00-da "NBC Bank" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. Fins.az “Report”a istinadən xəbər verir ki, ümumi yığıncaqda "NBC Bank"ın 2018-ci ilin fəaliyyətinə dair yekunları müzakirə ediləcək, ASC-nin nizamnaməsinin 2-ci redaksiyada təsdiq edilməsi barədə məsələyə baxılacaq.

İclas "NBC Bank" ASC-nin Bakı şəhəri, Müzəffər Nərimanov, məhəllə 20/54 ünvanında yerləşən mərkəzi ofisində keçiriləcək.