31 Oktyabr

Dolların “adaşı” ilin sonuna ucuzlaşacaq

Avstraliya Bankı NAB 2019-cu ilə Avstraliya dollarının məzənnəsini proqnoz edib.

NAB – ın proqnozlarına görə, cari ilin mart ayının sonlarına Avstraliya dolları Britaniya funt sterlinqi 0.53 , iyunun sonlarına 0.50 ilin sonuna isə 0.51 olacaq. Belə ki, 1 funt sterlinqin 1.8868, 2.0 və ya 1.96 olacağı proqnoz edilir.

Kanada dolları və ABŞ dolları cütlüyü isə martın sonlarına 0.70 həddi, ilin sonuna isə 0.75 həddini görəcək.

NAB –dan verilən məlumata görə, AUD/USD məzənnəsi artıq 3-cü dəfədir ki, 5 il ərzində 0.70 həddindən aşağı olub. Lakin AUD/USD məzənnəsinin uzun müddət bu cür qalmayacağı bildirilir.

Bütün bu göstəricilər onu deməyə imkan verir ki, AUD/USD məzənnəsi 2019-cu ildə 0.70-75 həddində olacaq.

Məlumat üçün bildirək ki, hazırda 1 AUD = 0.7125 USD dir.

Müəllif: Xeybər Heydərov