31 Oktyabr

Elman Sadıqov: Çin iqtisadiyyatı nə ABŞ, nə də Avropa iqtisadiyyatı deyil - Yuanı nə gözləyir?

Çin iqtisadiyyatı nə ABŞ nə də Avropa iqtisadiyyatı deyil. Yəni Çin iqtisadiyyatı liberal və açıq iqtisadiyyat deyil. Çin pulunu bazar deyil , Çin hökuməti tənzimləyir. Çin valyutası avro, dollar yen kimi sərbəst dönəmli valyuta deyil. Fins.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert yuanın gələcək məzənnəsini şərh edərkən bildirib.

Çin iqtisadiyyatı exportdan asılı olduğu üçün yuanın bahalaşması hökumətə yaxşı heçnə vəd etməz. Ona görə Çinə yuanın məzənnəsini aşağıda saxlamaq da maraqlıdır. Bu da ABŞ –ın “xoşuna”gəlmir. Amma buna baxmayaraq Çin bunu etməlidir.

Həmçinin iqtisadi amillər də Çin yuanının bahalaşmasını şərtləndirmir. Hazırda bu ölkədə iqtisadi artım soyumaqdadaır. Diqqətlə baxın azalmır sadəcə “soyuyur”. Bunu da Çin hökuməti bilərəkdə edir. Çünki iqtisadiyyatın həddən artıq çox artması da hökumətə müəyyən zərər vura bilər. Ona görə də Çin hökuməti də iqtisadiyyatlarının artım tempini bir qədər azaltmaqda maraqlıdır. 2000-ci illərdə Çin iqtisadiyyatı sürətlə inkişaf edirdi . Həmin dövrlərdə yuan da durmadan bahalaşırdı.

Əgər bugün yuan bahalaşmağa başlayarsa Çin hökuməti kəskin addımlar atacaq.

ABŞ Çinlə ticarət müharibəsində 3 aylıq belə desək fasilə götürüb. Amma bu geri addəm atmaq deyil. Sadəcə ABŞ vaxt qazanıır ki, analiz etsin ki Çin mallarına tətbiq etdiyi gömrük rüsumları ABŞ ticarətinə praktikada necə təsir edəcək.

Hətta neftin qiymətinin azalmasına səbəblərdən biri də Çindəki iqtisadi artımın yavaşlamasıdır. Həmçinin xarici investisiyaların ABŞ-ın təsirindən Çin bazarını tərk etməsi təhlükəsi var ki, bu da Çin iqtisadiyyatına təsir edə bilər. Bir sözlə bir çox iqtisadi amillər Çin yuanın bahalaşmayacığını vəd edir.

Məlumat üçün bildirək ki, hazırda 1 dollar 6.8105 yuan, 1 manat isə 4.0140 yuandır.

Müəllif: Xeybər Heydərov