31 Oktyabr

Ölkədə layihələrin idarə olunması təlimi üzrə yeni yanaşma

2019-cu ilin başlanğıcında, yeni iş ilinin ilk günlərində peşəkar layihə meneceri Rəşad İbrahimov tərəfindən şirkət əməkdaşları üçün layihə menecerlərinin və şirkət əməkdaşlarının faydalana biləcəyi “Layihələrin idarə olunması “3+1”” korporativ təlimi keçirilib. Təlim Antaris MMC-nin əməkdaşlarının iştirakı ilə dəyirmi masa formatında baş tutub.

Ölkədə ilk dəfə Antaris MMC tərəfindən təşəbbüslə yeni yanaşma üslubunda keçirilən təlimdə layihələrin idarə olunması və şirkətlərdə layihələrin idarə olunması ofisinin (PMO) vacibliyinə toxunulmuşdur. Təlim müddətində“3+1” anlayışının aydınlaşdırılması üçün təlim iştirakçıların fəallığı bir daha hər bir şirkətdə PMO yaradılmasının vacibliyini sübut edib. Rəşad İbrahimov layihələrin idarə olunması sahəsində əsas məqamlara toxunaraq iştirakçıları maraqlandıran mövzularda faydalı məlumatlar paylaşıb. Layihələrin idarə olunması sahəsinin aktuallığının son illərdə artması şirkətlərin də bu sahəyə marağını artırıb.

Eləcədə Bax: Şirkətdə bütün işlərinizi “O” edəcək

Hər bir şirkət əməkdaşlarının öz sahəsinə peşəkar yanaşmasını dəstəkləyir və bu təlimin də məhz ilk olaraq Antaris MMC tərəfindən təşkil edilməsi bunun əyani sübutudur. Təlim müddətində iştirakçıların sualları cavablandırıldı və sonda onlarla birlikdə “3+1” anlayışına aydınlıq gətirildi. Bu da əməkdaşların bu sahədə ilkin məlumatlara sahib olmasına şərait yaradıb. İştirakçılar keçirilən təlimdə paylaşılan təcrübəni öz işlərində tətbiq edərək daha da effektiv nəticə əldə edə biləcəklər. Böyük marağa səbəb olan belə təlimlərin digər şirkətlər tərəfindən dəstəklənməsi gələcəkdə də peşəkar layihə meneceri Rəşad İbrahimov tərəfindən korporativ təlimlərin keçirilməsinə təlabatı artırır. Bunun nəticəsi kimi bu yanaşma ilə keçirilən təlimlər PMO və Layihələrin idarə olunması sahəsində geniş təcrübənin paylaşılmasına böyük töhvə verəcəkdir.