Dünya iqtisadiyyatının problemlərinə baxmayaraq, Amerika istehlakçıları optimistliyini saxlayırlar, deyə Bank of America Corp-un baş icraçı direktoru Brian Moynihan CNBC-ə müsahibəsində bildirib.
İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumda çıxış edən danışan Moynihan qeyd edib ki, əldə edilən məlumata görə, yavaşlamaya baxmayaraq istehlak xərclərinin 5-6% artmağa davam edir.
Bank of America rəhbəri həmçinin bank iqtisadçılarının ABŞ-ın ümumi daxili məhsulunun 2019-cu ildə 2,5% artmağını gözlədiyini söyləyib. Bu arada, 2020-ci ildə artım 2% -ə qədər və ya daha aşağı düşə bilər.
© Banker.az