31 Oktyabr

NBC Bankın öhdəlikləri 50% dan çox artıb - Mənfəət azalıb

NBC Bank 2018-ci il yekun maliyyə göstəricilərini açıqlayıb. Fins.az xəbər verir ki, Bankın ötən il öhdəlikləri 147 mln 285 min manat olduğu halda bu il bu rəqəm 225 mln manat 274 min manat təşkil edib. Bankın öhdəliyi 52.95% artıb.

Bankın əldə etdiyi mənfəətə gəlincə isə ötən il 2 mln 914 min mənfəət əldə edən Bank bu il cəmi 1 mln 149 min manat mənfəətə çıxıb.

Ötən illə müqayisə də bankın kredoit portfeli böyüyüb. Belə ki, 2017-ci ildə 163 mln 572 min kredit verən NBC Bank bu il 212 mln 204 min manat kredit verib.

Banka depozit yatıran fiziki şəxslərin ötən illə müqayisədə bu il sayı 45.49% təşkil edib. Halbu ki, ötən il bu göstərici 50.77% olub.

Bankda bu il vaxtı keçmiş kreditlərin məbləği 11 mln 157 min manat olub.

“NBC Bank”ın cəmi gəlirləri 20 milyon 957 min manat, o cümlədən faiz gəlirləri 17 milyon 571 min manat, qeyri-faiz gəlirləri 3 milyon 386 min manat təşkil edib.

2017-ci illə müqayisədə “NBC Bank”ın faiz gəlirləri 26,5%, qeyri-faiz gəlirləri 7,8% artıb. Bank 2017-ci ildə 13 milyon 894 min manat faiz, 3 milyon 142 min manat qeyri- faiz gəliri əldə edib.

Müəllif: Xeybər Heydərov