31 Oktyabr

Naxçıvanda edilən nağdsız ödənişlərin məbləği açıqlanıb

2018-ci ilin yanvar-dekabr ayları ərzində Naxçıvan Muxtar Respublikasında POS-terminallar və digər ödəniş vasitələri ilə aparılan nağdsız əməliyyatların həcmi 35 milyon 93 min manat olub. Fins.az “Finans.az”-a istinadən xəbər verir ki, aparılan nağdsız ödənişlərin 11 milyon 149 min manatı POS-terminallar vasitəsilə, 23 milyon 944 min manatı isə internet və digər ödəniş vasitələri üzərindən həyata keçirilib. POS-terminalların sayı 1272-yə çatdırılıb.

Cari il ərzində 7 yeni bankomat quraşdırılaraq onların sayı 111-ə, muxtar respublika üzrə əməkhaqqı, pensiya və fərdi ödəniş kartı alanların ümumi sayı isə 269 min 625-ə çatıb.