Dünyada fəaliyyət göstərən bir sıra iri bankların mərkəzləşdirilmiş haker hücumuna məruz qalmasını və xeyli itkilərlə üzləşməsi hallarına kifayət qədər rast gəlinir. Hətta bəzi hesabatlarda kiberhücumlar nəticəsində qlobal illik zərərin həcmi 1 trilyon dollar təşkil etdiyi də açıqlanır. Bəs Azərbaycan bankarı bu cür hallardan necə qorunur?
Fins.az-ın apardığı araşdırmadan bəlli olur ki, hər bir bankda təhlükəsizliklə bağlı xidmət fəaliyyət göstərir. Həmin şöbə verilən kreditlərin təhlükəsizliyi ilə yanaşı əldə olunan gəlirlərin təyinatı ilə bağlı məsələləri nəzarət edir. Bundan başqa banklarda İT departamenti var ki, həmin şöbə bank informasiya sistemlərinin təhlükəsizliyinə xidmət edir.
Müəllif:Xeybər Heydərov