31 Oktyabr

Mərkəzi Bank Foreksdə 9.5 milyard dollar itirib - Rusiyada

Rusiya Mərkəzi Bankının beynəlxalq valyuta bazarında əməliyyatları ikinici il ardıcıl olaraq ziyanla nəticələnir. Fins.az Rusiya mediasına istinadən xəbər verir ki, Rusiya Mərkəzi Bankı valyuta məzənnələrinin oynaması nəticəsində il ərzində 9.5 milyard dolar itirib.

Mərkəzi Bankın yaydığı hesabatda qeyd olunur ki, il ərzində bank qızıl ehtiyatlarını 35.8 milyard dollardan 468.5 milyard dollar həcminə qədər artırıb. İl ərzində 270 ton qiymətli metal alını ki, bu da dəyərli metalların ehtiyatlarda payını 18.5% çatdrıb.

Qeyd edək ki, bu artım Mərkəzi Bankın Maliyyə Nazirliyi üçün aldığı valyuta məbləğindən azdır (35 milyard dollar), deyə məlumatda qeyd olunur.

Nəticədən bəlli olur ki, valyuta səbəti 9,5 milyard dollar mənfiyə çıxıb.