Mart ayının 29-da Britaniyanın Brexiti reallaşdırması üçün təyin olunan 2 il müddəti bitir. Amma Avropa məhkəməsindən bildirilib ki, Brexit məsələsi uzadıla bilər. Bu məsələ avro üzərində təzyiqi çoxaldır. Fins.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Elman Sadıqov bildirib.
Digər bir məsələ ondan ibarətdir ki, Avropada sənaye məhsulu istehsalı aşağı düşüb. Bunun iqtisadi səbəbləri var. Həmçinin Fransa və İtaliyada baş verən hadisələrin təsirləri də avroya az deyil. Xüsusən də Fransada sənaye istehsalınn həcmi ötən aylarla müqayisədə əhəmiyyətli dərəcədə azalıb. Bütün bu amillər avronun məzənnəsinin qalxmayacağına dəlalət edir deyə ekspert bildirib. Ticarət müharibələrinə görə də Almaniya və digər bu kimi ixracat iqtisadiyyatına malik Avropa ölkələri çətinliklərlə üzləşirlər. Avronun çox bahalaşması Avropa ölkələrinə heç də sərf etmir. Misal üçün Almaniyaya ixracatda problemlərə səbəb olur.
Ona görə bütün bu sadalanan amilləri nəzərə alanda avronun dollara nisbətdə məzənnəsinin 1.05 – 1.25 aralığında ola biləcəyini proqnoz etmək olar – deyə Elman Sadıqov bildirib.
Ekspertin sözlərinə görə, Böyük Britaniyanın Avrozonadan çıxması , İtaliyada siyasi vəziyyət avroya təsir edən amillərdəndir. Eyni zamanda Avropa Birliyinin vahid Maliyyə Nazirliyinin olmaması çətinlik yaradır. Bütün bu amillərdən irəli gələrək demək olar ki, avro hətta cüzi bahalaşsa belə yenidən öz vəziyyətinə qayıdacaq. Həmçinin kəskin düşmə ehtimalı da yoxdur. Çünki avronun ucuzlaşması ABŞ üçün sərf etmir. Belə ki, ucuzlaşan avro Avropa məhsullarının Amerikaya idxalını sürətləndirir. ABŞ mallarının Avropaya idxalını isə azaldır. Ona görə hesab edirəm ki, avro dollar məzəssəi 1.05 dən aşağı düşməyəcək.
Ötən il ABŞ Mərkəzi Bankı və Avropa Mərkəzi Bankı müəyyən istədikləri məsələləri həyata keçirə bilmədikləri üçün müəyyən korrektələri edə bilərlər. Belə ehtimallar var. Misal üçün FED əvvəl uçot dərəcəsini 3 dəfə qaldıracağını bildirib daha sonra iki dəfə qaldırması müəyyən suallar yaradır - deyə iqtisadçı ekspert Fins.az-ın sualını cavablandırarkən bildirib.
Avropa mərkəzi bankı plana uyğun olaraq pul çapını artıq dayandırıb. Bu addım avronun məzənnəsinin möhkəmlənməsinə xidmət edən amillərdəndi. Bu fonda dolların ucuzlaşması baş verə bilər.
Dolların ucuzlaşmasında Tramp administrasiyası da çox maraqlıdır. Burada həmçinin neftin qiymətinin amili də dollar və avro məzənnələrinə təsirsiz ötüşməyəcək.
Fransada baş verənlər həmçinin Brexit məsələsi də avronun məzənnəsinə təsir edir - deyə ekspert bildirib.
Millət vəkili Tahir Mirkişili Fins.az-ın sualını cavablandırarkən bildirib ki, avronun məzənnəsi möhkəmlənəcək.
Beynəlxalq təşkilatların verdiyi məlumatlara görə, avronun məzənnəsi dollara nəzərən güclənəcək. Burada bir neçə amil var ki, öz təsirini göstərir. Avropa ÜDM artması , eyni zamanda avropa məhsullarının ixracatının artması, avronun məzənnəsinə təsir edəcək deyə Tahir Mirkişili bildirib.
Müəllif: Xeybər Heydərov