31 Oktyabr

Banklar Assosiasiyası xüsusi ekspert qrupu yaradıb

Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində “Daxili audit üzrə” Ekspert Qrupu yaradılıb.

Yeni Ekspert Qrupunun yaradılması haqqında qərar 16 yanvar 2019-cu il tarixində ABA-nın Rəyasət Heyətinin iclasında qəbul edilib. Fins.az assosiasiyaya istinadən xəbər verir ki, ekspert Qrupunda aşağıdakı işlərin görülməsi nəzərdə tutulur:

  • Beynəlxalq təcrübələrin öyrənilməsi və vahid yanaşmaların tətbiqinin təşkili,
  • Daxili audit işinə dair normativ aktların yenilənməsi / hazırlanması,
  • Auditorların peşəkarlıq dərəcələrinin artırılması məqsədilə təlim / konfrans /seminarların təşkili
  • Daxili audit işi ilə bağlı təhlil və araşdırmaların aparılması
  • Bank fəaliyyətini tənzimləyən hüquqi normativ bazanın yenilənməsi / mövcud problemlərin həlli
  • Xarici təşkilatlarla işgüzar münasibətlərin qurulması

Qeyd edək ki, qrupa rəhbərlik “Azərbaycan Beynəlxalq Bankı” ASC-in Daxili Audit Departamentinin direktoru Elgün Qurbanova həvalə edilib.

Elgün Qurbanov müəyyən vaxtlarda “Bank of Baku” ASC-nin Daxili Audit Departamentinin direktoru, İdarə Heyətinin Sədrinin müşaviri, filial direktoru vəzifələrində çalışıb.

Elgün Qurbanov Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə-kredit üzrə bakalavr və magistr üzrə təhsil alıb.

Müəllif: Xeybər Heydərov