Bu gün Türkiyə Respublikası Mərkəzi Bankının Pul siyasəti komitəsinin növbəti iclası keçirilib.
Fins.az xəbər verir ki, iclasda uçot dərəcəsinin indiki 24% səviyyəsində saxlanılmasına qərar verilib.
Bununla da, iqtisadçıların gözləntiləri özünü doğruldub.
Türkiyədə dolların məzənnəsi bu qərara ilk reaksiya olaraq 5,41 lirədən 5,38 lirəyə düşüb.
Xatırladaq ki, TMB-nin ötən il sentyabrın 13-də keçirilmiş iclasında uçot dərəcəsi 6,25 faiz bəndi artırılaraq 17,75%-dən 24%-ə çatdırılıb.
© Banker.az