31 Oktyabr

TuranBank ili 70 min manat mənfəətlə başa vurub

TuranBank 2018-ci ilin 4-cü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb . Belə ki, Bankın faiz gəlirləri 30 mln 931 min , faiz xərcləri 21 mln 223 min , xalis faiz mənfəəti 9 mln 708 min , qeyri-faiz gəlirləri 2 mln 994 min, qeyri-faiz xərcləri 11 mln 970 min manat olub.

Turanbank” ASC 2018-ci ili 70 min manat xalis mənfəət ilə başa vurub. Lakin Bank 2017-ci ili 725 min manat zərər ilə bağlamışdı.

Bankın aktivlər üzrə mümkün zərərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar 662 min manat təşkil edib.

Bankın 2018-ci ilin sonuna cəmi aktivləri 492, 606 manat, cəmi öhdəlikləri 433, 473 min manat təşkil edib. Qeyd edək ki, ilin əvvəlində bankın cəmi aktivləri 495 min 054 manat, cəmi öhdəlikləri isə 436 min 114 manat olub. Bankın aktivləri və öhdəliklərinin 313,08 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2017-ci ildə Bankın kredit portfeli 17%-dən çox artıb. Bankın öhdəliklərin 253,785 milyon manatı müştərilərdən alınmış depozitlərdir. Bankın xüsusi kapitaldan 55, 003 min manatı səhm kapitalıdır.

Bankın ilin əvvəlində balans kapitalı 58 mln 940 min olduğu halda ilin sonuna bu rəqəm 59 mln 133 min manat olub.

Müəllif: Xeybər Heydərov