31 Oktyabr

Azərbaycan, Gürcüstan və Ermənistan üzrə regional direktoru postuna yeni təyinat olub

Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Azərbaycan, Gürcüstan və Ermənistan üzrə regional direktoru postuna yeni təyinat olub.

Fins.az xəbər verir ki, bu posta Catarina Bjorlin Hansen gətirilib və o aprel ayının 1-dən vəzifəsinin icrasına başlayacaq.

Qeyd edək ki, C.B. Hansen bu postda Bruno Balvaneranı əvəz edəcək. B.Balvanera isə EBRD-nin Mərkəzi Asiya ölkələri üzrə icraçı direktoru təyin olunub.

C.B. Hansen İsveç vətəndaşıdır və 2006-cı ildən 2016-ci ilə kimi EBRD-nin Tbilisidəki ofisində bankın Mərkəzi Asiya və Qafqaz ölkələri, Belarus, Moldova üzrə bələdiyyə infrastrukturundan məsul olub.