31 Oktyabr

Bakıda Bank hesabından pul oğurlayan şəxs saxlanılıb

Bank hesabından oğurluq edən şəxs saxlanılıb. Fins.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, polis əməkdaşlarının operativliyi sayəsində bank hesabından oğurluq edən şəxs saxlanılıb.

​DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Yasamal RPİ-nin 28-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini olan qadın yanvarın 3-də bank hesabından 5405 manatının çıxarılaraq oğurlandığını bildirb.
​Məlumatla əlaqədar dərhal müvafiq tədbirlərə başlanılıb və qısa müddətdə bu cinayət əməlini törədən şəxs müəyyən edilib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən Kürdəmir rayon sakini Ramil Rüstəmov polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma aparılır.

Müəllif: Xeybər Heydərov