31 Oktyabr

Nikoil Bank 2 ildir zərərlə işləyir

Nikoil Bank ötən ilin 4-cü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb. Hesabata əsasən Nikoil Bankın 2018-ci il üzrə cəmi aktivləri 417 milyon 040 min manat olub. Bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 4.64% azdır.

Bankın öhdəliklərinə gəldikdə isə 2018-ci ilin sonuna bu rəqəm 351 milyon 367 min manat təşkil edib. Otən il bu rəqəm 362 milyon 364 min manat olub. Göründüyü kimi , öhdəliklərində azalma var.

Hesabata əsasən bankın 2018-ci il üçün faiz gəlirləri 68 mln 136,8 min manat, faiz xərcləri 15 mln 508,1 min manat təşkil edib. Xalis faiz gəlirləri 2018-ci ildə ötən ilə nəzərən 11,99% artaraq 52 mln 628,7 min manata yüksəlib. Bankın qeyri-faiz gəlirləri 7 mln 689,2 min manat , qeyri-faiz xərcləri isə 23 mln 362,6 min manat təşkil edib.

Bankın aktivlər üzrə mümükün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmaları 5 dəfədən çox olaraq 172 mln 155 min manat təşkil edib. Bu da o deməkdir ki, Nikoil Bank yenicə başa vurduğumuz 2018-ci ili 135 mln 200,6 min manat zərərlə başa vurub. Qeyd edək ki, Bank 2017-ci ili də zərər başa vurmuşdu. O zaman bankın zərəri 2 milyon 708 min manat idi.

Müəllif: Xeybər Heydərov