31 Oktyabr

Bu Bankın səhmdarları bir araya gələcəklər

“Rabitəbank” ASC-nin Müşahidə Şurasının qərarına görə, fevralın 28-də, saat 17.00-da Bankın səhmdarlarının növbəti ümumi iclası keçiriləcək.

Bakı/09:30/Xeybər Heydərov/Fins.az

Finsaz xəbər verir ki, yığıncaq "Rabitəbank"ın baş ofisinin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, 33 ünvanında baş tutacaq.

Yığıncağın gündəliyinə ötən ilin yekunu üzrə balans və mənfəət-zərər haqqında hesabatlarının, Audit Komitəsinin hesabatının təsdiq edilməsi, rəhbər şəxslərə illik bonusların ödənilməsi və cari məsələlər daxildir.