31 Oktyabr

"Fitch" ABŞ-a xəbərdarlıq edib

"Fitch" reytinq agentliyi ABŞ-a suveren kredit reytinqinin mümkün azaldılması ilə bağlı xəbərdarlıq edib.

Bu, hökumətin fəaliyyətinin dayandırılması səbəbindən ölkənin borcunun maksimum dəyərə çatacağı halda baş verəcək.

"Şatdaun"un martın 1-dək davam edəcəyi və borc həcminin bir neçə ay sonra problem yaradacağı halda, ola bilsin, siyasətimizi yenidən nəzərdən keçirmək barədə düşünmək məcburiyyətində qalaq", - "Fitch"dən qeyd ediblər.

Qeyd olunur ki, belə vəziyyətdə agentlik ABŞ-ın kredit reytinqini yenidən nəzərdən keçirə bilər.

Xatırladaq ki, növbəti ilin büdcəsi Konqresdə təsdiq olunmadığından ötən il dekabrın 22-də bəzi federal idarələr fəaliyyətini qismən dayandırıb, yəni "şatdaun" (shutdown) deyilən rejim qüvvəyə minib.

D.Tramp Meksika sərhədində divar inşası üçün 5 milyard dollar vəsaitin nəzərdə tutulmadığı büdcəni təsdiqləməyəcəyini açıqladığı halda, müxalifətdə olan demokratlar bunu israfçılıq kimi qəbul edərək razılıq vermək niyyətində deyillər. Konqresdə büdcə müzakirəsinin yanvarın 3-dən davam etdiriləcəyi gözlənilir.

© Report