Kapital Bankın Bakı Fond Birjasına (BFB) delistinq müraciətinə əsasən emitentin adi və imtiyazlı səhmlərinin BFB-nin standart bazar seqmentindən delistinq edilməsi qərarı alınıb. Fins.az xəbər ki, Bakı Fond Birjasının listinq qaydalarına əsasən delistinq haqqında qərar ictimaiyyətə açıqlandıqdan 2 ay sonra qüvvəyə minəcəkdir.
Xatırladaq ki, BFB-nin ötən il üzrə açıqladığı məlumata görə, Kapital Bankın cəmi 84 səhmi birjada ticarət olunub.