31 Oktyabr

Əmanətlər daha çox bu valyutada qoyulur - Azərbaycanda

Bakı/13:42/Xeybər Heydərov/ Noyabr ayında fiziki şəxslərin banklardakı cəmi əmanətləri 66,5 milyon manat azalaraq 8 milyard 73,5 milyon manata düşüb. Azalmanın səbəbi xarici valyutadakı əmanətlərin azalması ilə əlaqəlidir.

Fins.az Azərbaycan Respublikasının Mərkəzi Bankına istinadən xəbər verir ki, oktyabr ayının sonu ilə müqayisədə noyabrda milli valyutadakı əmanətlər 54,3 milyon manat artaraq 3 milyard 22,1 milyon manata qədər yüksəlib. Xarici valyutadakı əmanətlər isə 120,8 milyon manat azalaraq 5 milyard 51,1 milyon manata qədər azalıb.