31 Oktyabr

Bu Bank 2018-ci ilin son günlərində nizamnamə kapitalını artırıb

“Bakı Fond Birjası” QSC-də (BFB) “AGBank” ASC-nin səhmlərinin alqı-satqısına dair 3 əqd bağlanılıb. BFB-yə istinadən xəbər verilir ki, əqdlər Bankın hər birinin nominal dəyəri 2 manat olan 125, 25 və 50 min ədəd yeni səhminin realizə edilməsini nəzərdə tutur. Fins.az Report-a istinadən xəbər verir ki,nəticədə “AGBank”ın nizamnamə kapitalı 400 min manat və yaxud 0,4% artaraq 103,4 milyon manatdan 103,8 milyon manata yüksəlib.