31 Oktyabr

Azərbaycanda bank şöbələrinin sayı yenidən artmağa başlayıb

Bu il dekabrın 1-nə Azərbaycanda bank filiallarının sayı 508 olub.

Fins.az Report-a istinadən xəbər verir ki, bu, noyabrın 1-i ilə eynidir. Başqa sözlə, banklar noyabrda yeni filial açmayıb.

İlin əvvəlinə nisbətən bank filiallarının sayı 1 vahid azalıb, son 1 ildə isə 39 vahid azalıb.

Bu il noyabrın sonuna Azərbaycanda bank şöbələrinin sayı isə 141 olub. Bu, noyabrın 1-i ilə müqayisədə 1 vahid çoxdur.

İlin əvvəlinə nisbətən və son 1 ildə isə bank şöbələrinin sayı 1 vahid azalıb.