31 Oktyabr

Vüqar Gülməmmədov “Parlament” medalı ilə təltif edilib

Azərbaycan Respublikasının Hesablama Palatasının Sədri Vüqar Gülməmmədov Azərbaycan Respublikası Milli Məclisinin 27 dekabr 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Parlamentinin fəaliyyətinə verdiyi dəstəklərə görə Azərbaycan Respublikası Milli Məclisinin “Parlament” medalı ilə təltif edilib.

Azərbaycan Respublikası Milli Məclisinin “Parlament” medalı 2018-ci ildə Milli Məclisin yaranmasının 100 illik yubileyi şərəfinə təsis edilib.