31 Oktyabr

Azərbaycanda BOKT-lardan biri təşkilati-hüquqi formasını dəyişib

Bank Olmayan Kredit Təşkilatı “International” MMC təşkilati-hüquqi formasını dəyişib.

Fins.az xəbər verir ki, “International” MMC Qapalı Səhmdar Cəmiyyətinə çevrilib.

Qeyd edək ki, 2002-ci ildə fəaliyyətə başlayan “International” BOKT-un nizamnamə kapitalı 1 mln. manatdır.

MMC-nin təsisçisi Rifat Həsənov, qanuni təmsilçisi Nicat Həsənovdur.

© Report